Work
COVID Yardım
Pasha Insurance
OVERVIEW
PAŞA Sığortanın təqdim etdiyi koronavirus təminatlı “COVID Yardım” adlı tibbi sığorta məhsulu 4 paket şəklində müştərilərə təqdim edilir. “COVID Yardım” məhsulunun “Classic+” paketini 6 ay və 12 aylıq müddətə əldə etmək mümkündür ki, bu zaman sığorta haqqı müvafiq olaraq 159 AZN və 209 AZN təşkil edir. Məhsulun “Silver” adı ilə təqdim edilən paketini isə 6 ay və 12 aylıq müddətə sığorta haqqı müvafiq olaraq 249 AZN və 299 AZN olmaqla müştərilərə təklif edilir və bu paketə COVID-19 virusunun ambulator müalicəsi zamanı 400 AZN dəyərində dərman təminatı və "Telesəhiyyə xidməti" da daxildir. Tibbi göstərişlərə əsasən, səhhətində koronavirus əlamətlərini hiss edərək müraciət edən sığortalı müştəriyə dianostika üçün COVID-19 PZR testi (analiz burun-boğazdan yaxma üsulu ilə götürülür), COVID-19 İgM, COVID-19 İgG müayinələri və həkim göstərişinə, əsasən, ağciyərlərin kompüter tomoqrafiyası (KT) müayinəsi ilə təminat bütün paketlərə daxildir.