Work

#AnalarSözü

UNFPA

SERVICES:

Digital,

CHANNELS:

Social Media,
OVERVIEW

Adətən, "Atalar demişkən" deyib söhbətə çox başlayırıq. Bəs analar nə deyib? Niyə atalara aid olduğu iddia edilən sözlər var, amma “analar sözləri” yoxdur? Görəsən, analar sözləri olsa idi, onlar da əksər atalar sözləri kimi gender bərabərliyinə zidd olardımı?

Elə bu suala cavab tapmaq üçün BMT-nin Əhali Fondu ilə #8Mart Beynəlxalq Qadınlar Günü münasibətilə gender bərabərsizliyini əks etdirən atalar sözlərini dəyişdirməyi və onları günümüzün tələblərinə uyğun bərabərlik prinsiplərinə əsaslanan hala gətirməyi təklif etdik.

Kampaniya çərçivəsində qərəzli stereotiplərin düşüncələrdə kök salmasına şərait yaradan bu atalar sözlərindən bəzilərini gender bərabərliyinə uyğun şəkildə transformasiya etdik. Bu sözləri mövzuya uyğun illüstrasiyalarla işləyib, simvolik olaraq “analar sözləri” kimi xalqın müzakirəsinə təqdim etdik.